Elmi Cavab | Niyə itlərin burnu nəm və soyuq olur?

Elmi Cavab | Niyə itlərin burnu nəm və soyuq olur?
  24 İyun 2013    Oxunub:5523
Çünki bu cür burun iyləri daha yaxşı hiss etməyə və bir-birindən ayırmağa imkan verir.
İtin burnu ona görə nəmdir ki, burunda yerləşən vəzlər daim xüsusi maye ifraz edirlər. Qoxu molekulları burundakı maye tərəfindən daha yaxşı “tutulur”. Yəni nəm burun itə imkan verir ki, hətta ən zəif iyləri belə tuta bilsin. Necə ki, insan barmağını ağzına salıb yaş edəndən sonra havaya qaldıranda küləyin itiqamətini daha yaxşı tuta bilir.

Bundan başqa, ayrı-ayrı qoxuların molekulları itin burnundakı maye təbəqəyə düşəndə fərqli sürətlə hərəkət edirlər. Ona görə də, it qoxuları bir-birindən ayıra və hər birinin istiqamətini ayrılıqda müəyyənləşdirə bilir. Əslində bütün canlıların burnunun daxili mexanizmləri belə işləyir, amma itin burnun xarici hissəsi də belə olduğundan, onun qoxuları ayıra bilmək qabiliyyəti daha yüksəkdir.

Soyuqluğa gəlincə, burundakı maye daim buxarlandığından, itlərin burnu soyuq olur.


Teqlər:





Xəbər lenti